Serbiyada etirazlar davam edir - Məktəblər bağlandı

Serbiyada davam edən hökumət əleyhinə etiraz aksiyası çərçivəsində paytaxt Belqrad və ölkənin digər şəhərlərində məktəblər, mağazalar, teatrlar bağlanıb. Bizimxeber.az "Reuters"ə istinadən bildirir ki, hökumət binası qarşısına toplaşan minlərlə tələbə həlak olanların xatirəsini yad etmək üçün sükut elan ediblər. Müəllimlər tələbə tətilinə qoşulub, buna görə də Belqradda əksər məktəblər bağlanıb. "Tələbələr və müəllimlər cəmiyyətdə ədalətli dəyərlər sistemi uğrunda mübarizədə bizim dəstəyimizə ehtiyac duyurlar", - deyə onların bəyanatında qeyd olunub.