ABŞ-ın yeni prezidenti Donald Tramp Rusiya ilə ultimatum dili ilə danışmağa qərar verərkən yanlış və çıxılmaz strategiya seçib. Bizimxeber.az bildirir ki, bunu Dövlət Dumasının Krımdan olan deputatı, ehtiyatda olan general-mayor Leonid İvlev bildirib. Deputatın sözlərinə görə, indi Trampın bəyanatlarında Rusiya prezidenti Vladimir Putinin Amerika liderinin andiçmə mərasimi günü təbrikində ifadə etdiyi ciddi mövqelər əvəzinə müəyyən açıqlıq və təhdid imitasiyası var. “Tramp, deyəsən, nə edəcəyini bilmir. Bizi ultimatumlarla hədələmək, tariflərlə qorxutmaq isə boş söhbətdir və bu, Rusiya üçün deyil. Əgər Tramp Rusiya ilə ultimatum dili ilə danışmaq qərarına gəlibsə, deməli, səhv və çıxılmaz strategiya seçib".