Yanğınlar Los-Ancelesə nə qədər ziyan vurub?
Los Anceles qraflığında meşə yanğınları təxminən 350 milyon dollar dəyərində olan ictimai infrastrukturu məhv edib.
Bu barədə "Los Angeles Times" məlumat verib. Hesabatda ilkin hesablamalar verilib və rəqəmlərin artacağı gözlənilir. Zərərlərin böyük əksəriyyəti 6,6 mindən çox binanı məhv edən və 890 binaya ziyan vuran Palisades yanğını ilə bağlıdır. Los-Ancelesdə zədələnmiş infrastruktura əlavə olaraq, fəlakətin nəticələrinin aradan qaldırılması üçün xərclər 24 milyon dollar (demək olar ki, 2,4 milyard rubl) qiymətləndirilib.
Həmçinin Kaliforniya ştatında meşə yanğınlarının iqtisadi zərəri 250 milyard dolları (24,8 trilyon rubldan çox) keçib. Yanvarın 7-də Los-Anceles dairəsində meşə yanğınları başlayıb. Meteoroloqlar səbəb kimi quru və küləkli hava şəraitini göstərib. Yanğınların sahəsi 16 min hektarı ötüb.
Yanğın 12,3 mindən çox binanı məhv edib, 25 nəfər həlak olub. Bundan əvvəl Los Anceles dairəsində yeni güclü meşə yanğınının başladığı məlum olub. Yanğın iki saatdan da az vaxt ərzində 20 kvadrat kilometr ərazini əhatə edib. Yanğının yayılacağından qorxan səlahiyyətlilər, Kastaik gölünün ətrafındakı ərazilərin sakinləri üçün məcburi təxliyə elan ediblər.