15 yaşlı azərbaycanlı məktəbli həlak oldu - Gürcüstanda
16:53 - 01 Mart
-
1200 oxunma
.jpeg)
Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Qardabani rayonunda məktəb binasının yaxınlığında partlayış baş verib.
Məlumata görə, hadisə nəticəsində azərbaycanlı olan 11 və 15 yaşlı iki qardaş yaralanıb.
Ağır bədən xəsarətləri alan 15 yaşlı uşaq xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. 11 yaşlı uşağın isə yüngül xəsarətlər aldığı və həyatına təhlükə olmadığı bildirilib.
Atasının sözlərinə görə, partlayışa səbəb uşaqların məktəbdən qayıdarkən tapdığı naməlum əşya olub.
Partlayış baş verən əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib, araşdırma aparılır. apa
Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Haqqımızda
Bizimesr@mail.ru
Mobil: (050) 514-27-84