Bizimxeber.az saytı 10 yaşını qeyd edir

15:02 - 08 Yanvar
    160 oxunma

Bizimxeber.az   10 yaşını qeyd edir. 

Bu gün "BizimXəbər" portalı üçün çox əhəmiyyətli bir tarixdir. Saytın  10 yaşı tamam  olur. 10 ildir müstəqil fəaliyyətə üstünlük verən portal rəhbərliyi yorulmadan bu işi davam etdirir. Ciddi maliyyə problemlərinin, məmur təzyiqlərinin, ardıcıl məhkəmə çəkişmələrinin olmasına baxmayaraq, BizimXeber.az ölkədəki yenilikləri dəstəkləyir, bütün prosesslərdə aktiv fəaliyyəti ilə seçilir. Ölkənin tam müstəqil fəaliyyət göstərən saytlarından biri olan "Bizimxeber" hər il oxucu sıralarını genişləndirir.  10 il əvvəl Azərbaycan internet məkanında olan xəbər saytları, informasiya resursları barmaqla sayılacaq qədər idi. Bu gün onların böyük əksəriyyəti mövcud deyil və fəaliyyətlərinə son verilib. Bizimxeber.az isə ayaqdadır və fəaliyyətini davam etdirir. Saytın baş redaktoru 25 illik jurnalistilik təcrübəsi olan Ədil Hüseynlidir. 

 

Bizimesr.az  olaraq  redaksiyamız adından Bizimxeber.az-ın kollektivini və oxucularını təbrik edirik. Həmişə müstəqil qalın!

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

Bizimesr@mail.ru
Mobil: (050) 514-27-84