Ərdoğan: “ABŞ-da baş verənlər demokratiya üçün üz qarasıdır”
15:43 - 08 Yanvar
-
170 oxunma

“ABŞ-da baş verən hadisələr bütün bəşəriyyəti heyrətləndirib”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.
“ABŞ-da baş verənlər demokratiya üçün üz qarasıdır. Toqquşmalarda ölənlərin ailələrinə başsağlığı verirəm, yaralılara Allahdan şəfa diləyirəm”, - deyə Türkiyə Prezidenti vurğulayıb.
Ərdoğan yanvarın 20-də hazırkı Prezident Donald Trampın vəzifəsini qanun çərçivəsində yeni seçilmiş Prezident Co Baydenə təhvil verəcəyinə ümid etdiyini qeyd edib.
Loading...
Haqqımızda
Bizimesr@mail.ru
Mobil: (050) 514-27-84