Reklam Yeriniz
Reklam Yeriniz

Ermənistan Silahlı Qüvvələrindən Paşinyana “bəyənat”

10:58 - 02 Mart
    3000 oxunma

Ermənistan Silahlı Qüvvələri, Ermənistanın Baş naziri Nikol Paşinyanın mitinqində onların ünvanına səsləndirdiyi fikirləri əsassız hesab edərək bəyanat hazırlayıb. 

Bizimesr.az erməni mətbuatına istinadən xəbər verir ki, Bəyanatda, Ermənistan Silahlı Qüvvələrinin komandanlığı Paşinyanı ordunun və konkret rəhbər şəxslərin ünvanına əsassız ittihamların dayandırmağa çağırıb.

“ Silahlı Qüvvələrin komandanlığı milli təhlükəsizlik təhdidlərini proqnozlaşdıraraq, bu cür bəyanatları yolverilməz hesab edir və orduya və bəzi rəhbər şəxslərə qarşı əsassız ittihamları dayandırmağa çağırır”.

Qeyd olunub ki, hazırkı vəziyyət bir daha sübut edir ki, Silahlı Qüvvələrin komandanlığı yalnız dövlət maraqlarını, Ermənistan Respublikasının Konstitusiya və qanun normalarını rəhbər tutur və yalnız erməni xalqına xidmət etdiyini nümayış etdirir. 

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Silahlı Qüvvələrin Baş Qərargahının hökumətin və onun rəhbərinin istefaya çağırılması ilə bağlı bəyanatını hərbi çevriliş cəhdi adlandırıb. Dünən tərəfdarlarının mitinqində isə Paşinyan generaliteti "əvvəlki hakimiyyət" nümayəndələri tərəfindən  qızışdırılmaqda günahlandırıb.
 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

Bizimesr@mail.ru
Mobil: (050) 514-27-84