Reklam Yeriniz
Reklam Yeriniz

Ermənistanda müxalif aksiyaçılar hökumət binasına soxuldu - VİDEO

14:19 - 01 Mart
    1920 oxunma

Ermənistanda müxalifət tərəfdarları paytaxt İrəvanın mərkəzində yerləşən hökumət binasına soxulublar.

Bizimesr.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat verib.

Müxalifət tərəfdarları birinci mərtəbənin foyesində aksiya keçirərək, Hökumət binasında yerləşən nazirliklərin əməkdaşlarından Baş nazir Nikol Paşinyanın tərəfdarlarının mitinqində iştirak etməməyi tələb ediblər.

Etirazçılar Baş nazirin istefasına dair şüarlar səsləndirdikdən sonra hökumət binasını tərk ediblər.

“Biz aksiyamızı başa çatdırırıq. Məqsədimiz istənilən nazirliyə girə biləcəyimizi göstərmək idi”, - deyə aksiya iştirakçılarından biri bildirib.

 

 

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

Bizimesr@mail.ru
Mobil: (050) 514-27-84