Hesablama Palatası Azay Quliyevin fəaliyyətini yoxlamağa başladı
11:24 - 01 Mart
-
2520 oxunma

Hesablama Palatası QHT-lərə Dövlət Dəstəyi Şurasında yoxlamalara başlayıb. Bu barədə Palatanın Mətbuat xidmətinin rəhbəri Nailə Qazıyeva məlumat verib.
O qeyd edib ki, palatanın qanunvericiliyinə əsasən, yoxlamalar səciyyəvi xarakter daşıyır və başa çatmadan ictimaiyyətə məlumat verilmir. O bildirib ki, yoxlamalar tezliklə başa çatdıqdan sonra nəticələr bəlli olacaq.
Qeyd edək ki, QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri deputat Azay Quliyevdir.
Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Haqqımızda
Bizimesr@mail.ru
Mobil: (050) 514-27-84