Moskva 102-ci bazanın bir hissəsini Ermənistanın şərqinə köçürür

11:52 - 22 Fevral
    1680 oxunma

Yerevan və Moskva Rusiyanın 102-ci hərbi bazasının Ermənistanın şərqinə köçürülməsinin mümkünlüyündən danışıblar. 

Bizimesr.az xəbər verir ki, erməni müdafiə naziri Vaqarşak Arutyunyan bu barədə RİA Novosti-yə açıqlamasında bildirib. 

"Yəqin ki, Rusiyanın hərbi bazasının tərkibindən hər hansı hərbi birləşmənin Ermənistanın şərq istiqamətinə köçürülməsinin mümkünlüyündən danışmaq daha düzgündür və bu kontekstdə məsələnin müvafiq olaraq birgə işlənməsi aparılır" - deyə nazir qeyd edib.

Bundan başqa, onun sözlərinə görə, Ermənistanda olan Rusiya sərhədçilərinin üzərinə əlavə funksiyalar qoyulub.

"Həqiqətən də, Rusiya sərhədçilərinin üzərinə Ermənistan Respublikasının Azərbaycan ilə sərhədinin qorunması və təhlükəsizliyinin təmin edilməsi üzrə əlavə funksiyalar qoyulub. Mən şübhə etmirəm ki, dövlətlərimizin sərhəd xidmətləri arasında sıx və səmərəli qarşılıqlı fəaliyyət yaradılıb, eləcə də Ermənistanda Rusiya sərhədçilərinin üzərinə düşən bütün vəzifələrin ən yüksək səviyyədə yerinə yetiriləcəyi gözlənilir", - deyə Arutunyan bildirib.

"Qarabağ münaqişəsinə qədər (2020 – ci ilin payız eskalasiyası-Red.) Ermənistanda Rusiya FTX-nin Sərhəd İdarəsinin şəxsi heyəti Ermənistan Respublikası ərazisindən keçən Müstəqil Dövlətlər Birliyinin təhlükəsizliyinin və sərhədinin mühafizəsinin təmin edilməsi üzrə vəzifələrin yerinə yetirilməsinə cavabdeh idi. Bu gün vəziyyət xeyli dəyişib", - deyə Arutunyan qeyd edib.
 



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

Bizimesr@mail.ru
Mobil: (050) 514-27-84