Reklam Yeriniz
Reklam Yeriniz

Natariat rüsumlar tutlmayacaq - yeni qanun 

11:18 - 02 Mart
    1280 oxunma

Prezident İlham Əliyev "Notariat haqqında" və "Dövlət rüsumu haqqında" qanunlarda dəyişiklikləri təsdiqləyib. Bu qanunlar 2021-ci il martın 1-dən qüvvəyə minib.

Dəyişikliyə görə, notarius tərəfindən notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxsə verilməsi nəzərdə tutulmayan sənədlərin, o cümlədən notariat işinə əlavə edilməsi məqsədi ilə hazırlanmış sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə dövlət rüsumu və ya haqq, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə haqq tutulmayacaq.

Yəni, bəzən hansısa notariat əməliyyatı zamanı bir sıra sənədlər (şəxsiyyət vəsiqəsi, etibarnamə, çıxarış, qəbz və s.) təqdim edilir və ya toplanır ki, notarius onların surətlərini notariat işinə əlavə edir. Bu zaman həmin sənədlərin surətləri də notarius tərəfindən notariat qaydasında təsdiq edilib işə əlavə edilir. Bu cür sənədlərin, yəni həmin şəxsə verilməsi nəzərdə tutulmayan sənədlərin, habelə notariat işinə əlavə edilmək məqsədi ilə hazırlanmış sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə dövlət rüsumu və göstərilən xidmətə görə haqq tutulmayacaq.
 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

Bizimesr@mail.ru
Mobil: (050) 514-27-84