Reklam Yeriniz
Reklam Yeriniz

Od çərşənbəniz Mübarək!

10:00 - 02 Mart
    1120 oxunma

Bu gün Azərbaycanda od çərşənbəsi qeyd olunur. Od çərşənbəsi Novruz bayramı ərəfəsində keçirilən ikinci çərşənbədir. Od çərşənbəsinə bəzən "Üzgü çərşənbə", "Üzgü axşamı", "Addı çərşənbə" də deyirlər.

Bu çərşənbə qədim insanların günəşə, oda olan müqəddəs inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanırlar. Digər çərşənbələrdə olduğu kimi, od çərşənbəsində də qazanlar qaynamalı, ocağın üstü boş olmamalıdır. Bu çərşənbədə odun, tonqalın yandırılması həmin ilin isti, bərəkətli keçməsinə işarədir.

Qeyd edək ki, növbəti Yel çərşənbəsi martın 9-da, ilaxır - Torpaq çərşənbəsi isə martın 16-da qeyd olunacaq.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

Bizimesr@mail.ru
Mobil: (050) 514-27-84