Qiymət artımı ilə bağlı suallara aydınlıq gətirildi - RƏSMİ​​​​​

11:35 - 06 Yanvar
    360 oxunma

Son günlər Azərbaycanda benzinin və dizelin bahalaşması sosial şəbəkələrdə böyük müzakirələrə yol açıb. 

Bizimxeber.az xəbər verir ki, yazılanlara görə, yanacağın bahalaşması bir çox məhsulların, xüsusən də çörəyin qiymətində artıma səbəb olacaq. Çünki yanacağın bahalaşması birbaşa olmasa da, dolayı yolla sahibkarların əlavə xərcə düşməsinə səbəb olur.

Yəni istehsal olunan çörəyin və ya digər məhsulun daşınması üçün çəkilən xərclər istər-istəməz artır. Bununla da, sahibkar məcbur olacaq ki, istehlakçıya satdığı çörəyin qiymətini ya bahalaşdırsın, yaxud da onun çəkisini azaltsın. Çörəyin çəkisinin azalması da dolayı yolla məhsulun qiymətinin artırılması deməkdir.

Qeyd edək ki, çörək strateji məhsul olduğu üçün dövlət nəzarətindədir. Lakin onun qiyməti Tarif (qiymət) Şurası tərəfindən tənzimlənmir.

Bəs ölkədə nəzarətdə olan məhsul və xidmətlərdən hansı bahalaşacaq?

Tarif (qiymət) Şurasından bildirilib ki, sözügedən qurum tərəfindən tənzimlənən məhsul və xidmətlərin qiymətində bahalaşma nəzərdə tutulmayıb. “Bu barədə hələlik müzakirə aparılmır”, – deyə qurumdan bildirildi.

Xatırladaq ki, Tarif (qiymət) Şurası tərəfindən aşağıdakı xidmət və məhsulların qiyməti tənzimlənir.

Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri

Təbii qazın emal, nəql, topdansatış və pərakəndə satış tarifləri

İctimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə tariflər

Universal poçt rabitəsi xidmətlərinin tarifləri

Rabitə xidmətlərinin tarifləri

Elektrik enerjisinin tarifləri

Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tarifləri

Neft məhsullarının şirkətdaxili, təchizat, topdansatış və pərakəndə satış tarifləri

Bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi xidmətlərinin tarifləri

Hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətlərinin tarifləri

“Azəristiliktəchizat” ASC tərəfindən göstərilən xidmətlərin tarifləri

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən göstərilən xidmətlərin tarifləri

Əmlak Məsələləri Dövlət Xidmətinin qurumları tərəfindən Daşınmaz əmlakın və torpaq sahələrinin kadastrı, qeydiyyatı və texniki inventarlaşdırılması ilə bağlı göstərilən xidmətlərin tarifləri

Baş Dövlət Yol Polisi İdarəsinin tarifləri

Dərman vasitələrinin və dərman maddələrinin ekspertizası xidmətlərinin tarifləri

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

Bizimesr@mail.ru
Mobil: (050) 514-27-84