Reklam Yeriniz
Reklam Yeriniz

SOCAR 150 milyon kubmetrə qədər Rusiya qazını Ermənistana nəql edəcək

17:46 - 05 Aprel
    70480 oxunma

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), Qazprom Export ilə bağlanmış qısamüddətli müqaviləyə əsasən, 150 milyon kubmetrə qədər Rusiya qazını Ermənistana nəql edir. Bizimesr.az bildirir ki, bu barədə "RİA Novosti"yə şirkətin rəsmi nümayəndəsi İbrahim Əhmədov məlumat verib.

İbrahim Əhmədov deyib ki, martın 17-də Gazprom Export, Rusiya qazının nəqli üçün SOCAR ilə qısa müddətli müqavilə imzalayıb və müqavilə Şimali Qafqaz-Zaqafqaziya qaz kəmərində təmir işləri zamanı Ermənistandakı istehlakçılara tədarükün davam etdirilməsinə imkan verəcək.

"Təmir işlərinin təxminən üç həftə çəkə biləcəyi qeyd edildi. Tamamlandıqdan sonra qaz Rusiya-Gürcüstan sərhədindən əvvəlki marşrut üzrə nəql ediləcək. Müqavilə 150 ​​milyon kubmetrə qədər qaz nəqlini nəzərdə tutur" deyə Əhmədov bildirib.

Daha öncə SOCAR-ın Rusiya qazının Azərbaycan üzərindən Gürcüstana ödənişli əsaslarla müvəqqəti tranzitinə icazə verilmişdir. Rusiya qazının Ermənistana tədarükü üçün müvəqqəti yol 2021-ci il aprelin 15-dək işləyəcək.

Bizimesr.az


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

Bizimesr@mail.ru
Mobil: (050) 514-27-84