Vətən müharibəsi memorial kompleksi ilə əlaqədar italiyalı ekspertlərlə görüş 

10:30 - 22 Fevral
    920 oxunma

Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin konsepsiyasının işlənilməsində Azərbaycanla əməkdaşlıq edən dünyaca məşhur aparıcı multimedia şirkəti olan “G GROUP”un işçi heyəti Bakıya səfər edib.

Mədəniyyət Nazirliyindən verilən məlumata görə, işçi heyətinin tərkibində yaradıcı icraçı direktor və bədii rəhbər Fabrizio Conti, strategiya üzrə məsləhətçi Laura Conti, memar, muzey və ekspozisiya dizayneri Nicola Pavan və memar Carlo Pavan olub. 

Səfər çərçivəsində Mədəniyyət naziri Anar Kərimov və işçi nümayəndə heyəti arasında görüş keçirilib. 

Görüş zamanı nazir Anar Kərimov Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin dövlətimizin və xalqımızın əzmkarlığı nəticəsində qazandığı Şanlı Qələbəni, Vətən müharibəsinin gedişatını müasir təqdimat metodları ilə tamaşaçıya çatdıran məkan olmasının vacibliyini vurğulayıb.

Həmçinin görüşdə layihə çərçivəsində görüləcək işlər, ilkin ideyalar və planlar müzakirə edilib.

Qeyd edək ki, Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin konsepsiyasının hazırlanması istiqamətində Mədəniyyət Nazirliyi tərəfindən işlər davam etdirilir. Layihənin yüksək səviyyədə icrası üçün nazirlik tərəfindən yerli mütəxəssislərlə yanaşı, xarici ekspertlərə də müraciət olunub. Bununla əlaqədar İtaliyanın dünyaca məşhur aparıcı multimedia şirkəti olan “G GROUP” şirkəti ilə əməkdaşlığa başlanılıb. “G GROUP” şirkəti bir sıra beynəlxalq layihələri uğurla icra edib.

Xatırladaq ki, ki, fevralın 9-da şirkət nümayəndələri ilə Nazirliyin rəhbərliyi arasında onlayn görüş təşkil edilib və ilkin müzakirələr aparılıb.



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

Bizimesr@mail.ru
Mobil: (050) 514-27-84