Reklam Yeriniz
Reklam Yeriniz

Yeni müharibəyə hazırlıq başladı? - Pənah Hüseynlə "Canlı debat"

12:00 - 08 Fevral
    153590 oxunma

Qarsda keçirilən Türkiyə-Azərbaycan birgə hərbi təlimləri ölkəmizin ərazi bütövlüyünün hər hansı xarici aqressiyadan qorunması və tam təmin olunması layihəsinin baş məşqi sayıla bilər. Necəki ötən ilin yayında birgə hərbi təlimlərdən sonra Azərbaycan Vətən Müharibəsi başladıb, işğaldakı torpaqları azad etdi. İndi də qış tğlimindən sonra yerdə qalan torpaqların azadlığı və ərazimizdəki hər hansə silahlı qüvvələrin məhvi üçün növbəti hərbi əməliyyatlar başlaya bilərmi? Qarsda keçirilən manevrlərin məqsədi birgə əməliyyatlar zamanı hərəkətlərin koordinasiyasını təmin etmək, həmçinin yeni silah və nəqliyyat vasitələrini sınaqdan keçirmək oldu. Adından göründüyü kimi, bu, müharibəyə hazırlıq kimi anlaşılır.

Cəbrayılda 3 mülkü şəxs minaya düşüb. Onları ora kim buraxır? İcazəsi olmayan şəxslərin minalı əraziləri keçmələrinin qarşısını almaq mümkündürmü?
Azərbaycan dövlətinin Xankəndi hədəfi: Yaxın gələcəkdə bu hədəfə çata biləcəyikmi? Bunun üçün hansı şərtlər lazımdı? Azərbaycan qalib tərəf olaraq bu hədəfi asanlıqla gerçəkləşdirə biləcəkmi? Bunun üçün nələri etməliyik? Ermənistan cəmiyyətilə hansı formada davranmalıyıq ki, onları vadar edə bilək? Rusiyanın, Türkiyənin, Qərbin və Ermənistan cəmiyyətinin bu məsələdə davranışından çox şey asılıdı.

Bizimesr.az xəbər verir ki, bu və digər suallara Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn "Musavat" qəzetində aydınlıq gətirir. Müzakirədə tamaşaçılar da iştirak edə bilər. Bunun üçün Musavat.com-un Facebook və Youtube səhifələrindən birini bəyənib, paylaşa bilərsiz.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

Bizimesr@mail.ru
Mobil: (050) 514-27-84